Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:15

Nikola Sarkozi İlham Əliyevlə görüşüb


Oktyabrın 7-də Fransa prezidenti Nikola Sarkozinin (Nicolas Sarkozy) Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşü olub.

Görüşdə Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub.

Fransa prezidenti N.Sarkozinin Azərbaycana rəsmi səfərinin əlaqələrin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
XS
SM
MD
LG