Keçid linkləri

2025, 20 Mart, Cümə axşamı, Bakı vaxtı 18:18

Prezident Administrasiyası: «Fransa prezidentinin fikirlərini bölüşmürük»


Əli Həsənov
Əli Həsənov
Azərbaycan Fransa prezidenti Nikola Sarkozinin (Nicolas Sarkozy) «erməni soyqırımı» və Ermənistan-Türkiyə sərhədlərinin açılması ilə bağlı söylədiyi fikirlərlə razı deyil.

Bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

«Bu məsələlər beynəlxalq siyasətin ayrı-ayrı məsələləridir. Biz Azərbaycan olaraq, Türkiyənin və Azərbaycanın maraqları ilə bağlı məsələlərdə - istər Cənubi Qafqazda baş verən proseslərlə bağlı olsun, istər beynəlxalq hadisələrlə bağlı olsun - daim iki dövlətin maraqlarını dəstəkləmişik. Əlbəttə, «erməni soyqırımı» və sərhədlərin açılması məsələlərində də biz Fransa hökumətinin, o cümlədən Sarkozinin fikirlərini bölüşmürük», - Ə.Həsənov əlavə edib.

SARKOZİ NƏ DEYİB?

N. Sarkozi Yerevanda, 6 oktyabr 2011.
N. Sarkozi Yerevanda, 6 oktyabr 2011.
Fransa prezidenti Türkiyəni çağırıb ki, Birinci Dünya müharibəsi zamanı Osmanlı Türkiyəsində ermənilərə qarşı soyqırımı olduğunu etiraf etsin.

Ermənistana səfəri zamanı N.Sarkozi deyib ki, Türkiyə buna doğru addım atmazsa, Fransa soyqırımı inkarının belə cinayət kimi tanınması üçün qanun qəbul edə bilər.

Türkiyə 1915-ci ildə ermənilərə qarşı soyqırımı olması ilə bağlı iddiaları rədd edir. Türkiyənin Avropa Birliyinə daxil olmasına qarşı çıxan Fransa prezidentinin bu açıqlaması ehtimal ki, Türkiyənin qəzəbinə səbəb olacaq.

Oktyabrın 6-dan N.Sarkozinin Cənubi Qafqaza səfəri başlayıb.
XS
SM
MD
LG