Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:05

Obama :"Avropadakı böhran maliyyə bazarlarında vəziyyəti əngəlləyir"


Avropadakı borc böhranı dünya maliyyə bazarlarında vəziyyəti əngəlləyir və bu ABŞ iqtisadiyyatına da mənfi təsir göstərə bilər.

Bunu ABŞ prezidenti Barack Obama cümə axşamı Vaşinqtonda demək olar ki, iqtisadi məsələlərə həsr edilmiş mətbuat konfransında bildirib.

O Avropa liderlərini böhranla mübarizədə qəti tədbirlər görməyə çağırıb.

Obama həmçinin etiraf edib ki, ABŞ iqtisadiyyatı cətin dövrünü yaşayır.

Obama qeyd edib ki, yeni iş yerlərinin yaradılmasıyla bağlı onun təklif etdiyi plan ölkədə yeni böhran dalğasının qarşısının alınmasına yönəlib.

O qanun layihəsinə baxmalı olan senatorları diqqətlə fikirləşməyə çağırıb.

Hazırda ABŞ-da işsizzliyin səviyyəsi 9 faizi ötüb.
XS
SM
MD
LG