Keçid linkləri

2026, 16 Sentyabr, çərşənbə, Bakı vaxtı 10:22

Suriyada ölənlərin sayı 3 minə yaxınlaşır

Martın ortalarından bi yana Suriyada keçirilən etiraz aksiyaları zamanı ölənlərin sayı 3 minə yaxınlaşıb.

Bu barədə cümə axşamı BMT-nin insan haqları üzrə nümayəndəsi Rupert Kolvill məlumat verib.

O itkin düşənlərin bura daxil edilmədiyini deyir.

Yerli hüquq müdafiəçiləri bu gün Türkiyə ilə sərhəd bölgəsində təhlükəsizlik qüvvələrilə nümayişçilər arasında yeni toqquşmalar olduğunu deyirlər.

Məlumatlara görə müxalifətin tərəfinə keçmiş hərbçilər prezident Bashar Assad rejiminə qarçı mübarizə aparmaq üçün “Azad Suriya ordusu” adlı təşkilat yaradıblar.
This item is part of
XS
SM
MD
LG