Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:17

Fransa prezidentinin səfəri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq


Fransa prezidenti Nikola Sarkozinin (Nicolas Sarkozy) Azərbaycana səfəri ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə «APA»ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqələr bölməsinin inspektoru Razi Zeynalov məlumat verib.

N. Sarkozinin oktyabrın 7-də Azərbaycana baş tutacaq səfəri ilə əlaqədar saat 11:00-dan səfər başa çatanadək Beynəlxalq Hava Limanından Aeroport şosesi, Mərdəkan, Buzovna, Zağulba şoseləri, Heydər Əliyev prospekti, 10-cu Zavod yol qovşağı, Yusif Səfərov, Afiyəddin Cəlilov küçələri, Nobel prospektiBöyük şor şosesində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Sürücülərdən həmin vaxtlarda elan olunan istiqamətlərdə yarana biləcək sıxlığı nəzərə alaraq alternativ yollardan istifadə etmək tövsiyə olunur.
XS
SM
MD
LG