«Həmdulla Əsgərov 30 min manat pul ödəyib. Aldığı mənzil isə 3 nəfərə satılıb. Cahan Əliyeva isə 2 mənzilə 60 min manatdan çox pul verib və hər iki mənzilin bir neçə sahibi var».
«Azadlıq» qəzetinin manşetə çıxardığı «BAKIDA DAHA BİR MÜDHİŞ TİKİNTİ FIRILDAĞI» sərlövhəli yazıda bu siyahı davam edir.
Qəzet yazır ki, «Birlik-inşaat» tərəfindən 2005-ci ilin mayından inşa edilən 2 bloklu, 14 mərtəbəli bina hələ də hazır deyil. Etiraz edən ev sahiblərinin qarşısına çıxan şirkət rəhbərinin əmisi oğlu deyib ki, mənzillər birinci sahiblərinə veriləcək, yerdə qalan 260 ailənin pulu isə geri qaytarılacaq.
«260 mənzili ən azı 20 min manatdan hesablasaq, bu, 5 milyondan çox edir. Pulları iki dəfəyə qaytarılacaq, başqa cür mümkün deyil», - deyə şirkət rəhbərinin nümayəndəsi adamlara vəd verib.
«Azərbaycan» qəzetində müstəqilliyin 20 illiyinə həsr olunmuş silsilə yazılar davam edir. Bu dəfə həmin yazılardan birini Gömrük Komitəsinin sədri Aydın Əliyev yazıb.
«AZƏRBAYCANDA DÜNYA STANDARTLARINA UYĞUN GÖMRÜK XİDMƏTİ FORMALAŞMIŞDIR» başlıqlı bir səhifəlik yazıda Komitə sədri Azərbaycan gömrük sisteminin dünya standartlarına necə uyğunlaşdırılmasından bəhs edir.
Aydın Əliyev narkotik və qaçaqmalçılığa qarşı mübarizənin də müsbət nəticələr verdiyini yazır:
«Son 3 ildə 12500-dən çox hüquqpozma faktı, o cümlədən yüzlərlə kiloqram narkotik maddə aşkarlanıb. Təkcə 2009-cu ildə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 13, 2010-cu ilin 9 ayı ərzində isə 11 mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib», - deyə komitə sədri qeyd edib.
«Bizim yol» qəzeti isə yazır ki, «KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ TƏFTİŞ EDİLİR». Məqalədə deyilir ki, Maliyyə Nazirliyi İsmət Abbasovun rəhbərlik etdiyi qurumda korrupsiya, əyintilər aşkarlayıb.
«Futbol+» qəzetindəki «FIFA-NIN ƏSASNAMƏSİ VƏ HƏSƏN AĞANIN QOHUMLARI» başlıqlı yazıda futboldakı ayrı-seçkilik tənqid olunur.
«Vallah ayıbdır. Nə qədər yalan danışmaq olar? Nə qədər yalandan hakimləri təmizə çıxarmaq olar, onların tərəfini saxlamaq olar?
Hamıya eyni gözlə baxmaq lazımdır, cənablar. Azərbaycan futbolunun inkişafını istəyiriksə, Həsən ağanın qohumları ilə başqaları arasında fərq qoymaq lazım deyil», - deyə müəllif yazır.