Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:58

Hillari Klinton: «Suriya xalqı Bashar al-Assadə qarşı qətnamənin niyə qəbul olunmadığını unutmayacaq».


BMT Təhlükəsizlik Şurası Suriya hakimiyyətinə qarşı sanksiyaları nəzərdə tutan qətnaməni qəbul etməməklə məsuliyyətsizlik nümayiş etdirib. ABŞ dövlət katibi Hillari Klinton belə deyib.

Klinton deyib ki, müxalifətə qarşı repressiyalar davam edərsə, Suriya xalqı prezident Bashar al-Assadə qarşı qətnamənin niyə qəbul olunmadığını «unutmayacaq».

BMT Təhlükəsizlik Şurasının Suriya hakimiyyətinə qarşı sanksiyaları nəzərdə tutan qətnaməsinin qəbuluna Rusiya və Çin qarşı çıxıb və özlərinin veto qoymaq hüquqlarından istifadə ediblər.

BMT-nin məlumatına görə, Suriyada mart ayından başlayan hakimiyyət əleyhinə etiraz aksiyalarında 2700-dən çox adam həlak olub.
XS
SM
MD
LG