Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Osama bin Ladenin həyat yoldaşları və qızları ifadə veriblər


Osama bin Ladenin Pakistan ərazisində olmasını araşdıran yerli istintaq komissiyası çərşənbə axşamı ilk dəfə olaraq onun həyat yoldaşları və qızlarını dindirib.

Hələlik istintaqın gedişi barədə ətraflı məlumat verilmir.

Pakistanın hakim dairələri Osama bin Laden öldürüldükdən sonra onun 3 həyat yoldaşı və 10 uşağına sığınacaq verib.

İstintaq yekunlaşanacan onun ailə üzvlərinə Pakistanda qalmaq təklif olunub.

Osama bin Laden mayın 2-də ABŞ xüsusi xidmətinin Pakistanın Abadabad şəhərində keçirdiyi əməliyyat zamanı öldürülüb.

Çox güman ki, o son 5 ili Pakistanda yaşayıb.

Pakistanın hakim dairələri bundan xəbərsiz olduğunu deyir.
XS
SM
MD
LG