Yunanıstanın paytaxtı Afinada hökumətin kəskin iqtisadi tədbirlər planına etiraz olaraq nümayiş keçirilib.
Polisin məlumatına görə nümayişdə 20 minədək adam iştirak edib.
Həmçinin bu gün ölkədə eyni tələblə 24 saatlıq ümummilli tətil keçirilir.
Hökumət müəssisələri və ictimai nəqliyyat işləmir, təyyarə reysləri təxirə salınıb.
Yunanıstan hökuməti beynəlxalq auditorlarla büdcə kəsirinin azaldılmasıyla bağlı gördüyü tədbirlərin səmərəli olub-olmadığını müzakirə edir.
Müsbət nəticə olacağı halda Afina Avropa Birliyi və Beynəlxalq Valyuta Fondundan növbəti yardım ala bilər.
Almaniyanın kansleri Angela Merkel Avropa Komissiyasının üzvlərilə avro zonasındakı borc problemini müzakirə etmək üçün bu gün Brüsselə yollanıb.