Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 14:42

Nyu-Yorkda vertolyot qəzasında bir nəfər ölüb

Oktyabrın 4-də Nyu-Yorkda İst-river çayına vertolyot düşüb. Polisin məlumatına görə, Bell 206 markalı şəxsi vertolyot uçuşa qalxandan az sonra düşüb.

Vertolyotda 5 nəfərin olduğu deyilir.

Hadisədən dərhal sonra pilot və üç sərnişini suda xilas etmək mümkün olub, onlardan ikisi ciddi xəsarət alıb. Bir neçə saat sonra isə digər bir sərnişinin cəsədi tapılıb.

Qəzanın səbəbləri hələ ki məlum deyil.
This item is part of
XS
SM
MD
LG