Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:47

ABŞ Rusiya və Çinin əməlini pisləyib


ABŞ Rusiya və Çinin BMT Təhlükəsizlik Şurasının Suriyanı kəskin tənqid edən son qətnamə layihəsini qəbul etməmələrini pisləyib. Həmin qətnamə layihəsində deyilir ki, Suriya hakimiyyəti müxalifətə qarşı repressiya son qoymazsa sanksiyaların tətbiqi qaçılmazdır.

ABŞ-ın BMT-dəki daimi üzvü Suzan Rays deyib ki, Təhlükəsizlik Şurası Suriyadakı hadisələrlə bağlı regionda artan təhlükəsizlik qorxusunu nəzərə almayıb. Rays deyib ki, hətta bəzi ölkələr Suriya rejimi ilə silah alveri etməyə üstünlük verir.

Bundan öncə Rusiya və Çindən olan diplomatlar elan ediblər ki, Suriyaya qarşı sanksiya tətbiqinə qarşı çıxırlar və tələb ediblər ki, sənədə ölkənin daxili işinə qarışmamaqla bağlı müddəa salınsın.

BMT-nin məlumatına görə, Suriyada hökumət əleyhinə aksiyalar başlayandan 2500-dən çox adam ölüb.
XS
SM
MD
LG