Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 13:09

Hərbi hissə komandirinin müavini həbs edilib

Azərbaycan Ordusunun zabiti həbs edilib.

Bu barədə «APA»ya hərbi mənbədən məlumat verilib.

Müdafiə Nazirliyinin Qusarda yerləşən «N» saylı hərbi hissəsi komandirinin şəxsi heyətlə iş üzrə müavini, mayor Yusif Nadirov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirli bilinir.

Onun barəsində məhkəmənin hökmü ilə iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
This item is part of
XS
SM
MD
LG