Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

«Kim deyir ki, insan haqları pozulur?»


Foto: Arxiv
Foto: Arxiv
«Qürur duyuruq ki, ümummilli liderin Azərbaycanın hər bir guşəsinin - şəhərinin, rayonunun, qəsəbəsinin, kəndinin, ən əsası, paytaxtının yüksəlişi üçün gördüyü möhtəşəm işlər hazırda onun layiqli siyasi davamçısı cənab İlham Əliyev tərəfindən əzmlə davam etdirilir».

«Azərbaycan» qəzetində «Qaraçala» MMC-nin sədri İlham İsmayılovun məqaləsində belə qeyd olunur:

«Ürəkaçan haldır ki, Salyanın bir vaxtlar ürək ağrıdan miskin görkəmindən indi əsər-əlamət qalmayıb: son aylarda əksər inzibati, habelə yaşayış binalarının fasadları müasir görkəm alıb, bir vaxtlar adı şəhər olan Salyan hazırda sözün həqiqi mənasında şəhərə çevrilib…».

«Azadlıq» qəzeti yazır ki, «ƏLİYEVİN QONAĞI AZƏRBAYCANIN DÜŞMƏNİ ÇIXDI».

«Bir neçə gün əvvəl Bakıda səfərdə olan amerikalı senator Cozef Simityanın Azərbaycana gəlişinə rəsmən qadağa qoyulub. Azərbaycan Xarici İşlər Nazirliyi kaliforniyalı senatorun adını arzuolunmaz şəxslər siyahısına daxil edib. XİN-in mətbuat katibi Elman Abdullayev bildirib ki, bu qərara səbəb senatorun Azərbaycan tərəfi ilə razılaşdırmadan işğal altında olan ərazilərimizə səfər etməsidir. Maraqlısı odur ki, cəmi bir neçə gün əvvəl Azərbaycanda olarkən C.Simityan prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə qəbul olunmuşdu...».

«NAXÇIVANA BÖHTAN ATILIR»

«Bizim yol» qəzeti Naxçıvandan seçilən deputatların muxtar respublikadakı vəziyyətə münasibətini öyrənib:

İsa Həbibbəyli:

«Kim deyir ki, insan haqları pozulur? Vəziyyətdən xəbəri olanlar bunu deməzlər. Naxçıvanda insan hüquqları yüksək səviyyədə qorunur və demokratik prinsiplərə uyğun olaraq da müdafiə olunur. Orada insan hüquqlarına böyük hörmət və ehtiram var. Mətbuatda yazılanlar yalan və böhtandan başqa bir şey deyil».

Eldar İbrahimov:

«Naxçıvana böhtan atılır. Heç kəs nə polisdə döyülür, nə də incidilir. Naxçıvanda insan hüquqlarına hörmət hər zaman olub».

İsmayıl Hacıyev:

«Ümumiyyətlə, Azərbaycanda insan hüquqları yaxşı müdafiə olunur. Ən yaxşı müdafiə olunan yer isə Naxçıvandır. Bəzi adamların şəxsi maraqları var. Mən Naxçıvanda yaşayıram, iş yerim də mərkəzdədir. Hüququ pozulanlar niyə bir dəfə də olsun mənə müraciət etməyiblər? Naxçıvanda ciddi qayda-qanun var…».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG