Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 22:02

Türkiyənin Müdafiə naziri oktyabrın 12-də Bakıya səfər edəcək

Türkiyənin Müdafiə naziri İsmət Yılmazın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır.

Bu barədə «APA»ya Türkiyədəki hərbi mənbələr məlumat verib.

Nümayəndə heyəti Bakıya oktyabrın 12-də gələcək.

Görüşlərdə ölkələr arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq imkanları, həmçinin, Azərbaycanın Türkiyənin müdafiə sənayesində həyata keçirilən bir sıra böyük layihələrdə iştirakı məsələləri müzakirə olunacaq.

Səfərdə nazir İ. Yılmazı Türkiyə Milli Müdafiə Nazirliyinin müxtəlif strukturlarının rəhbərləri, həmçinin müdafiə sənayesi katibi Murad Bayar, müxtəlif hərbi şirkətlərin rəhbərləri müşayiət edəcək.
This item is part of
XS
SM
MD
LG