Gənc yazar Feyziyyədən şeir kitabı gəldi. Kitabın təqdimat mərasimi oktyabrın 9-da saat 12 00-da Bakıdakı "Əli və Nino" kitab dükanında olacaq (Gənc Tamaşaçılar Teatrı ilə üzbəüz).
Ədəbiyyat jurnalları, qəzetləri və portallarında xeyli vaxtdır çap edilsə də, "Mesaj" onun ilk kitabıdır.
Bununla həm də "Oxu zalı" yeni layihəyə start vermiş oldu. Feyziyyənin kitabı başladığımız ""Oxu zalı"nın seçimi" seriyasının ilkidir.
Ədəbiyyat portalımızda mütəmadi şeirləri, hekayələri çap edilən başqa müəlliflərin kitabları da bu rubrikadan çap edilə bilər.
Feyziyyənin şeir kitabı "Üşüyənlərə, ağlayanlara, qorxanlara" ünvanlanıb.
Bu kitabda sevgi də var, müharibə mövzusu da, qəriblik hissi də. Amma yüzilliklərdi haqqında yazılan bu temalarda yeni söz demək nə qədər çətin olsa da, Feyziyyə yaşadıqlarını, duyduqlarını səhifələrə köçürdüyü, öz içini yazdığı üçün onun şeirlərinin forması kimi, məzmunu da orijinaldır, başqa imzalardan dərhal seçilir.
"Oxu zalı"
ŞAİRİN ÖZ İFASINDA ŞEİR
FEYZİYYƏ "Gördünmü, dost..." (Şeir)