Keçid linkləri

2026, 07 İyun, bazar, Bakı vaxtı 21:12

İraqda yaraqlılar polisləri girov götürüb

İraqın qərbindəki Ənbar əyalətində Han al-Bağdadi şəhərində yaraqlılar yerli icra nümayəndəliyinə basqın edib. Bu binada şəhər merinin ofisi və polis bölməsi yerləşir.

Basqın nəticəsində bir neçə polis girov götürülüb. Girovları sayı bilinmir. Ölənlər və xəsarət alanlar haqqında məlumat yoxdur.

Ənbar əyalətinin əhalisi əsasən sünnilərdən ibarətdir.
This item is part of
XS
SM
MD
LG