Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:14

Misirdə 34 partiya baykotdan imtina etdi


Misirdə əksər siyasi partiyalar qarşıdan gələn parlament seçkilərini baykot etməkdən imtina ediblər. Onlar bu qərarı hərbi hökumətin seçki qanuna dəyişikliklərlə bağlı siyasi partiyaların tələbləri ilə razılaşandan sonra veriblər.

İçərisində “Müsəlman qardaşları”, “Al-Vafd” partiyası olan 34 partiya hökumətin qərarını alqışlayıblar. Ancaq siyasi partiya liderləri hərbi hökumətin fövqəladə vəziyyəti ləğv etməməsindən narazılıqlarını da bildiriblər.

Misirdə parlament seçkiləri noyabrın 28-də keçiriləcək.
XS
SM
MD
LG