Keçid linkləri

2026, 11 May, bazar ertəsi, Bakı vaxtı 22:31

Liviyanın Sirt şəhərini sakinlər tərk edir

Liviyadakı müvəqqəti milli şuranın birləşmələri Qaddafinin doğma şəhəri Sirti mühasirədə saxlayır.

Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə döyüş başlayandan bu yana 10 minə yaxın sakin şəhəri tərk edib.

Qaçqınlar şəhərdə vəziyyətin acınacaqlı həddə çatdığını, içməli su və elektrik enerjisinin kəsildiyini, qurudan və havadan atəşə tutulduğunu deyirlər.

Beynəlxalq Qızıl Xaç Komitəsi şəhərə hümanitar yardım çatdırmağa çalışır.
This item is part of
XS
SM
MD
LG