Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 21:07

İçəri Şəhərdə çaxır festivalı keçirilib


Foto arxiv
Foto arxiv
Oktybarın 2-də İçəri Şəhərdə üzüm yığımı mövsümü və üzüm məhsullarına həsr olunmuş festival keçirilib.

Festivalı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Caspian Coast Winery and Vineyards şirkəti birgə keçirib.

Azərbaycanda ilk dəfə keçirilən festivalda üzüm yığımı, üzümün əzilməsi, üzüm şirəsi hazırlanması ilə bağlı yarışmalar keçirilib.

Festivalda Azərbaycanda hazırlanan şərab məhsullarının sərgisi də olub.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinin rəhbəri
Rahib Azəri Azadlıqradiosuna deyib ki, belə bir festivalın keçirilməsi bu sahəyə diqqətin ayrılması ilə bağlıdır və gələcəkdə bunun ənənəyə çevrilməsi nəzərədə tutulub.
XS
SM
MD
LG