Keçid linkləri

2024, 13 Sentyabr, Cümə, Bakı vaxtı 05:58

Rik Perri:"ABŞ Meksikaya ordu yeridilməsinə baxmalıdır"


Birləşmiş Ştatlar narkomafiya ilə mübarizədə Meksika hökumətinə kömək etmək üçün bu ölkəyə ordu yeridilməsinin mümkünlüynə baxmalıdır.

Belə bir bəyanatla şənbə günü Respublikaçılar partiyasından prezidentliyə namizədlik uğrunda mübarizə aparan Texas ştatının qubernatoru Rik Perri çıxış edib.

Barack Obama hökuməti bu məsələdə Meksikanın təhlükəsizlik qüvvələrinə ciddi maaddi yardım göstərir, hər iki ölkənin xüsusi xidmətləri yaxından əməkdaşlıq edirlər.

Amma Meksikaya ordu yeritmək yəqin ki, baş tutmayacaq.

Cünki ölkə konstitusiyası xarici hərbi müdaxilənin mümkünlüyünü kəskin şəkildə məhdudlaşdırır.
XS
SM
MD
LG