Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:30

Nyu-Yorkda 700-ə yaxın aksiyaçı saxlanıb


Şənbə günü Nyu-Yorkda 700-dən çox aksiyaçı saxlanıb.

Buna səbəb aksiyaçıların Bruklin körpüsünü bir neçə saat bağlaması olub.

Onlar ictimai asaişi öozmaqda ittiham olunurlar.

Artıq 2-ci həftədir ki, ABŞ-da hökumətin maliyyə siyasətinə qarşı etiraz aksiyaları keçirilir.

“Vol Striti zəbt et” hərəkatının fəalları sentyabrın 17-dən Nyu-Yorkda Vol Stritin yaxınlığındakı şəxsi ərazidə çadır şəhərciyi qurublar.

Həmçinin Boston, Çikaqo və San-Fransiskoda çadır şəhərcikləri qurulub.

Hərəkatı ABŞ-ın bir sıra həmkərlar ittifaqı dəstəkləyir.
XS
SM
MD
LG