Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:07

Xocavənd rayonunun işğalından 19 il ötür


Azərbaycanın Xocavənd rayonunu 1992-ci il oktyabrın 2-də Ermənistan hərbi birləşmələri zəbt edib.

Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazası əsasında yaradılıb.

Rayonun sahəsi 1458 kvadratkilometr, əhalisi 41min 216 nəfər olub. Rayon bir şəhər (Xocavənd şəhəri - rayon mərkəzi), iki iri qəsəbə (Qırmızı bazar və Hadrut) və 83 kənddən ibarət olub.

Bu rayondan olan məcburi köçkünlər indi Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar.

Ekologiya və Təbi Sərvətlər nazirliyinin oktyabrın 1-də yaydığı məlumatda işğal altında olan rayonun flora və faunasının tamamilə məhv edildiyini bildirilir.

Nazirliyin məlumatına görə, işğal altında olan rayon ərazisisi mütəmadi yandırılır, istilik materialına yararlı ağaclar qırılaraq Ermənistana daşınır və ordan da digər ölkələrə satılır.

Məlumtda qeyd olunur ki, yandırılmış ərazilərdə 47 adda bitki və 19 adda ağac nümunələri kökündən yanaraq məhv olub.
XS
SM
MD
LG