Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 12:49

MSK-nın nəzdində Nəzarət-təftiş xidməti yaradılıb


Mərkəzi Seçki Komissiyasının (MSK) oktyabrın 1-də keçirilən iclasında bu qurumun nəzdində Nəzarət-təftiş xidmətinin yaradılmasına qərar verilib.

Qərara əsasən, MSK-nın 3 üzvü, Komissiya Katibliyinin Maliyyə şöbəsinin müdiri, Maliyyə və Vergilər nazirliklərinin, Hesablama Palatasının və Milli Bankın nümayəndələrindən ibarət Nəzarət-təftiş xidməti yaradılıb. Bu xidmətə rəhbərlik MSK-nın üzvü Ramiz İbrahimova həvalə edilib.

İclasda həmçinin, vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılması barədə qərar qəbul edilib.

MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda ATƏT-in Bakı ofisinin təmsilçiləri də iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG