Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:04

İnternet ucuzlaşır


Oktyabrın 1-dən dövlət internet provayderləri – Aztelekom.net və Bakinternet genişzolaqlı internet xidmətlərinin qiymətlərini aşağı salıblar.

Bu dəfə provayderlərin tarif endirimləri kanalın sürətindən asılı olaraq 25-50 faiz təşkil edib.

Bu provayderlərə əvvəldən qoşulmuş abonentlərin kanal sürətinin artırılması nəzərdə tutulub. Belə ki, 1 Mbit/s üçün 20 manat ödəyən abonent oktyabrın 1-dən internetə 2Mbit/s sürəti ilə daxil olacaq.
XS
SM
MD
LG