NATO qüvvələri oktyabrın 1-də məlumat veriblər ki, Əfqanıstanda Paktia əyalətində apardıqları əməliyyatla Haqqani şəbəkəsinin yüksək vəzifəli komandirini ələ keçiriblər. Rəsmi məlumata görə Haji Mali Khan öz müavini və cangüdəni ilə birlikdə ötən həftənin əvvəllərində tutulub.
Rəsmi məlumatda deyilir ki, Haji Mali Khan və yanındakılar silahlı olsalar da müqavimət göstərməyiblər. Həmçinin qeyd edilir ki, Haji Mali Khan Əfqanıstan-Pakistan sərhədi boyunca yerləşən qüvvələrə, onların hücum əməliyyatlarına, pulların və təchizat materiallarının daşınmasına rəhbərlik edib.