Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:54

Avropa Birliyi Belarusu dərhal siyasi məhbusları buraxmağa çağırır


Avropa Birliyi liderləri birgə bəyanatda Belarusdakı bütün siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edirlər. Avropa Birliyi ölkələri və Şərq Tərəfdaşlığı Proqramı iştirakçıları arasında keçirilən görüşün sonunda verilən bəyanatda deyilir ki, onlar Belarusdakı insan haqları, demokratiya və qanunun aliliyi ilə bağlı vəziyyətin pisləşməsindən dərin narahatlıq keçirirlər. Və bütün siyasi məhbusları dərhal azad etməyə, vətəndaş cəmiyyətinə və mediaya qarşı repressiyalara son qoymağa, müxalifətlə siyasi dialoqa başmağa çağırır”.

Günün əvvəlində Belarus Şərq Tərəfdaşlığı Sammitindən çıxdığını və bu qərarın prezident Alyaksandr Lukashenkanı sammitə dəvət eləməmək kimi diskriminasiya ilə bağlı olduğunu bildirib.

Şərq Tərəfdaşlığı proqramı 2009-cu ildə imzalanıb və Avropa Birliyinin Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə siyasi və ticari sazişlər yolu ilə yaxınlaşmasını nəzərdə tutur.
XS
SM
MD
LG