Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:58

ABŞ Kosovo-Serbiya sərhəddindəki zorakılığı pisləyib


Birləşmiş Ştatlar Kosovonun şimalında 9 NATO əsgərinin yaralanmasıyla nəticələnmiş son zorakılıqları ittiham edib.

Bu barədə Dövlət Departamentinin rəsmi bəyanatında bildirilir.

Bundan əvvəl 4 əsgərin yaralandığı xəbər verilmişdi.

ABŞ Kosovo və Serbiya hökumətlərini Avropa Birliyinin vasitəçilik etdiyi danışıqlar prosesinə sadiq qalmağa və regionda sabitliyi qorumağa çağırıb.

Tərəflər arasında dünənə nəzərdə tutulmuş danışıqların növbəti mərhələsi baş tutmayıb.

NATO-nun sülhümühavizə qüvvələri çərşənbə axşamı Kosovo ilə Serbiya arasındakı sərhəd məntəqəsinin yaxınlığında yerli serblərin hücumuna məruz qalıblar.

Buna səbəb əsgərlərin onların qurduğu barrikadaları sökmək istəməsi olub.

Hərbçilər buna cavab olaraq gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etməli olub.

Həmçinin toqquşmada 7 kosovo serbi xəsarət alıb.
XS
SM
MD
LG