Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:03

Mehriban Əliyevanın təhsil aldığı məktəb sökülür?


23 nömrəli məktəbin yanındakı bina
23 nömrəli məktəbin yanındakı bina
Bakının mərkəzində - 28 may küçəsi 14 ünvanda yerləşən 23 saylı orta məktəb və ona yaxın daha bir neçə yaşayış binasının söküləcəyi bildirilir. Bu barədə Azadlıqradiosuna senytabrın 29-da söküntüyə etiraz edən sakinlər məlumat veriblər:

«Burdakı 23 saylı məktəbdə vaxti ilə prezidentin xanımı Mehriban Əliyeva təhsil alıb. İndi bizə deyirlər ki, həmin məktəbi və ətrafındakı binalar söküləcək və yerində 7 mərtəbəli, istirahət parkı, pansionatı olan məktəb tikiləcək. Belə gözəl binaları niyə sökməlidirlər axı. Əgər məktəb tikmək istəyirlərsə bunu başqa bir yerdə tiksinlər».

Sakinlərin dediyinə görə, onlara bir həftə ərzində evləri tərk etməklə bağlı şifahi göstəriş də verilib.

23 saylı məktəbin direktoru İradə Rəhimli Azadlıqradiosuna müsahibəsində yayılan məlumatları təkzib etməyib. Amma deyib ki, ona məktəbin köçürülməsi ilə bağlı hər hansı rəsmi xəbərdarlıq da olunmayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) sektor müdiri Zəminə Əliqızı isə Azadlıqradiosuna deyib ki, 23 saylı məktəbin əsaslı təmiri nəzərdə tutulsa da işlərin nə vaxt başlayacağı hələ məlum deyil.

Etiraz edən sakinlər

23 nömrəli məktəb
Sakinlər

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG