Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:43

Azərbaycan Ordusunun əsgəri hava limanında vəfat edib


Vəfat etmiş əsgər Eldar Novruzov. (Foto: Qafqazinfo)
Vəfat etmiş əsgər Eldar Novruzov. (Foto: Qafqazinfo)
Azərbaycan ordusunun səhhətində problemlər yaranmış əsgəri Türkiyənin Gülhanə Əsgəri Tibb Akademiyasına yola salınan zaman Heydər Əliyev Beynəlxalq Hava Limanında vəfat edib. APA-nın xəbərinə görə, hadisə bu gün səhər saatlarında baş verib.

Əsgər Novruzov Eldar Qədir oğlunun vəziyyəti qəflətən pisləşib və o, həyatını itirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev faktı təsdiqləyib. Onun sözlərinə görə, hazırda məsələ ilə bağlı tibbi araşdırma aparılır.

Əsgər Novruzov Eldar Qədir oğlu müalicəsini davam etdirmək üçün bu gün ona təhkim olunan həkimlə birgə Gülhanə Əsgəri Tibb Akademiyasına yola salınacaqdı. Bununla bağlı müdafiə naziri Səfər Əbiyevin göstəriş verdiyi deyilir.
XS
SM
MD
LG