Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso deyib ki, Avropa İttifaqının hazırki iqtisadi böhrana tab gətirəcəyinə inanır. O həmçinin bildirib ki, qitənin bu xəstəlikdən qurtulması üçün daha çox iqtisadi və siyasi birliyə ehtiyac var.
Barozzo ənənəvi olaraq Strasburqda Avropa parlamentində çıxış edib, daha çox iqtisadiyyatın formalaşdırılmasından danışıb.
Komissiyasının prezidenti bugünədək davam edən borclarla bağlı böhranı Avropa İttifaqının tarixində ciddi problem adlandırıb və vurğulayıb ki, yalnız Avropa ölkələri liderlərinin daha da qətiyyətli olması və güclü siyasət yürütməsi Avropa valyutasını xilas edə bilər:
«Əgər biz birləşməsək, dağılmaq riski ilə üzləşəcəyik. Bu, siyasi iradə məsələsidir: bu bizim bütün nəsillər üçün ilk döyüş sınağıdır. Və mən sizə deyirəm ki, bu böhrandan çıxmaq mümkündür. Bu nəinki mümkündür, bu zəruridir və siyasi liderlər ona görə buradadırlar ki, zəruri olanı mümkün etsinlər».
«YUNANSTAN BUNDAN SONRA DA AVROZONANIN ÜZVÜ OLACAQ»
BarrosoYunanstanın avrozonadan çıxarıla biləcəyinə dair narahatlıqları da qətiyyətlə təkzib edib:
«Yunanstan avrozonanın üzvüdür və bundan sonra da üzvü olacaq. Yunanstan öz öhdəliyini tam şəkildə və vaxtında həyata keçirməlidir. Avro-üzvlər də öz növbəsində Yunanstanı və bir-birilərini dəstəkləməyi vəd verib».
Barroso onu da deyib ki, Yunanstanın bütün regionlarında iqtisadi layihələrlə bağlı fəaliyyət planı Brüsseldə hazırlanıb. Bu layihələr tikinti fondları tərəfindən maliyyələşdiriləcək – yaxın illərdə 50 milyard avro məbləğin ayrılması gözlənilir.
Prezident həmçinin bir neçə təklifdən də danışıb, təkliflərin çoxu Avropa İttifaqına üzv ölkələr üçün mübahisəlidir. Amma komissiya inanır ki, bu təkliflər daha çox iqtisadi artıma və daha yaxın iqtisadi inteqrasiyaya gətirib çıxaracaq.
BAROSSO BÖHRANDAN ÇIXMAQ ÜÇÜN TƏKLİF EDİR Kİ...
Barroso böhranı aradan qaldırmaq üçün avrobond - avrozonanın səhmlərinin yaradılmasına və bəzi maliyyə transaksiyalarına, başqa sözlə xüsusi növ maliyyə aksiyalarının bölünməz minimal vahidinə vergi qoyulmalısına dair təkliflərdən də danışıb.
Amma bütün bunlara baxmayaraq Barroso yeni saziş dəyişikliyinin mümkünlüyünü də istisna etməyib. O bildirib ki, üzv dövlətlərin veto gücünə ümid edir:
«Bizim müştərək cəhdlərimizin tempi lənglərlə ayaqlaşmamalıdır. Bu gün bizim birliyimiz var və bu birlikdə ən ləng üzvlər də bütün digər dövlətlərə sürət diktə etməlidir».
Barrosonun xarici siyasətə dair çıxışında əsas yeri «Ərəb Baharı» tutub. O yalnız çıxışının sonunda Avropa İttifaqının şərq qonşuları ilə bağlı qısaca fikir səsləndirib, deyib ki, onlarla sıx siyasi əlaqələr və iqtisadi inteqrasiyanın olmasını arzu edir.