Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:01

Avropa Birliyi büdcəyə nəzarəti kəskinləşdirir


Avropa parlamenti Avropa Birliyindəki iqtisadi qurumlar arasında əməkdaşlığın yaxşılaşdırılması və avro zonasına daxil olan ölkələrdə büdcə nəzarətinin kəskinləşdirilməsinə yönəlmiş 5 sənəd qəbul edib.

Deputatlar maliyyə əməliyyatlarına vergi tətbiq edilməsi və avro zonasına daxil olan bir sıra ölkələrdə büdcə böhranlarını həll etmək üçün ittifaq müqavilələrinə dəyişiklik edilməsilə bağlı qanun layihəsinə də baxmalıdırlar.

Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo (Jose Manuel Barroso) səsvermədən qabaq hazırkı borc böhranının Avropa Birliyinin tarixində ən çiddi problem olduğunu deyib.

Barrozo yeni verginin ildə Avropa büdcəsinə əlavə 55 milyard avro gətirəcəyini deyir.
XS
SM
MD
LG