Keçid linkləri

2026, 17 Avqust, bazar ertəsi, Bakı vaxtı 09:02

Fransa: «İranı hərbi zərbə gözləyir»

Foto: Arxiv
Foto: Arxiv
«Nüvə silahı yaratmaq cəhdlərinə son qoymazsa, İranı hərbi zərbə gözləyir».

Fransanın BMT-dəki daimi nümayəndəsi Jerar Aro (Gerard Araud) BMT-də çıxışında belə deyib.

O bildirib ki, yaxın zamanda beynəlxalq birlik İranla danışıqları yoluna qoya bilməzsə, hərbi əməliyyatın mümkünlüyü müzakirə olunacaq.

Qərb ölkələri dəfələrlə Tehranı nüvə silahı yaratmaq cəhdində ittiham ediblər. BMT-nin Təhlükəsizlik Şurası bu ölkəyə 4 dəfə sanksiya tətbiq edib.

Tehran isə israr edir ki, onun nüvə proqramı sülh xarakterlidir.
XS
SM
MD
LG