Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 20:01

İslamabad Əfqanıstanda sülhün bərqərar olmasına yardım etmək niyyətindədir


Pakistanın xarici işlər naziri Hina Rabbani Khar elan edib ki, İslamabad qonşu Əfqanıstanda sülhün bərqərar olmasına yardım etmək və niyyətindədir. Nazir deyib ki, bu məqsədə çatmaq üçün Kabul və Vaşinqtonla əməkdaşlığa da hazırdırlar.

Hina Rabbani Khar dünən Nyu-Yorkda BMT-nin Baş Assambleyasında çıxış edib. Bildirib ki, üsyançıların Əfqanıstan ərazisinə sonuncu hücumunu pisləyir və Pakistan terrora qarşı həlledici mübarizə aparacaq.

Pakistanın baş naziri isə ABŞ-ı çağırıb ki, İslamabadı islamçı-döyüşçülərlə əlaqəli olmaqda ittiham etməyə son qoysun.

Bundan öncə ABŞ rəsmiləri Pakistanın xüsusi xidmətini “Hakkani” şəbəkəsi ilə əlaqədə olmaqda ittiham edirdi. Vaşinqton həm də iddia edir ki, Kabulda sentyabrın 13-də ABŞ səfirliyinə hücumu məhz bu qruplaşma həyata keçirib.
XS
SM
MD
LG