Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:07

Suriya ilə bağlı yeni qətnamə layihəsində sanksiya tələb olunmur


Suriya ilə bağlı yeni qətnamə layihəsi prezident Bashar al-Assadə qarşı təcili sanksiyalar tətbiq etməyi tələb etmir. Yeni qətnamə layihəsinin müəllifləri Böyük Britaniya, Fransa, Almaniya və Portuqaliyadır. Sənəd müəllifləri Suriyada insan haqlarının müntəzəm olaraq pozulmasını pisləyirlər və hakimiyyəti zorakılıqlara dərhal son qoymağa çağırırlar. Bildirilir ki, əgər Suriya hökuməti vətəndaşlara qarşı hərbi əməliyyatları dayandırmazsa, sanksiyaların tətbiqi məsələsinə baxıla bilər.

Yeni qətnamə layihəsinin hazırlanması Rusiya və Çin tərəfindən də dəstək alınmasına hesablanıb. Rusiya və Çin Bashar al-Assadə qarşı sanksiyalar tətbiq etməyə qarşı çıxırlar.

Hindistan, Cənubi Afrika və Braziliya da sanksiya tətbiqini dəstəkləmirlər.

BMT-nin məlumatına görə Suriyada hakimiyyət əleyhinə kütləvi aksiyalar başlayandan 2700-dən çox adam ölüb.
XS
SM
MD
LG