Bakı Sərgi Mərkəzində sentyabrın 27-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş «Müstəqil Azərbaycan 20 ildə» adlı milli sərgi açılıb.
Prezident İlham Əliyev sərgi ilə tanış olub.
Sərgidə 130-dan çox müəssisə, təşkilat və şirkət iştirak edir. Ümumi sahəsi 11 min kvadratmetr olan sərgidə Azərbaycanın son 20 ildə qazandığı uğurlar, o cümlədən sənaye, kənd təsərrüfatı, turizm, səhiyyə, təhsil və mədəniyyət sahələrindəki nailiyyətləri nümayiş olunur.
Sərgidə, həmçinin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafını əks etdirən eksponatlar da təqdim edilir.
Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış oldu, Bakı Sərgi Mərkəzinin həyətində nümayiş etdirilən texnikaya baxdı. /Trend/