Keçid linkləri

Təcili xəbərlər
2023, 25 Mart, şənbə, Bakı vaxtı 02:34

Ermənistan azərbaycanlı hərbi əsiri üçüncü ölkəyə təhvil verib


Foto: Arxiv
Ermənistan azərbaycanlı hərbi əsir Roman Hüseynovu üçüncü ölkəyə təhvil verib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinə istinadən «Armenia today» saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycana qayıtmaqdan imtina edən R. Hüseynov BMT-nin qaçqınlar üzrə ali komissarının ofisinin və Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri vasitəsilə üçüncü ölkəyə təhvil verilib. R. Hüseynovun təhvil verildiyi ölkənin adı açıqlanmır.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi də bu məlumatı təsdiqləyib.

AZƏRBAYCANDAKI ERMƏNİ ƏSİRLƏR DƏ QAYITMAQ İSTƏMİRLƏR

Azərbaycanda saxlanan Ermənistan vətəndaşları da üçüncü ölkəyə köçmək arzusundadırlar.

Bu barədə «APA»ya Azərbaycanın Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov bildirib.

Hazırda Azərbaycanda Ermənistanın 8 vətəndaşı saxlanır. Onlardan 3-ü hərbi əsir, 5-i isə bir ailədən mülki şəxslərdir.
XS
SM
MD
LG