Keçid linkləri

2026, 08 İyun, bazar ertəsi, Bakı vaxtı 20:53

Yunanıstan büdcəni azaltmaqda davam edəcək

Yunanıstanın maliyyə naziri Evangelos Venizelos deyib ki, hökumət defolt baş verməməyi üçün sərt tədbirlərini davam etdirir. Ekspertlər hesab edirlər ki, Yunanıstanda defolt baş versə, bu, avroməkana təsir edəcək.

Vaşinqtonda dünya bankları assosiasiyasının nümayəndələri ilə görüşdə maliyyə naziri bildirib ki, Yunanstan hökuməti büdcədə ixtisarlara davam edəcək.

Bundan əvvəl Beynəlxaql Valyuta Fondu bəyan etmişdi ki, defoltun baş verməməyi üçün Fondun və Avropa Birliyinin ekspertləri qiymətləndirmə aparmaq üçün Afinaya qayıtması mümkündür.
This item is part of
XS
SM
MD
LG