Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:36

Tripoli ətrafında kütləvi məzar aşkar edilib


Liviyadakı müvəqqəti milli şuranın rəsmiləri Tripolinin cənubundakı Abu-Salim həbsxanasının yaxınlığından 1200-dən çox cəsədin basdırıldığı kütləvi məzar aşkar edildiyini deyirlər.

Rəsmilərin sözlərinə görə onlar 1996-cı ildə həbsxanada qaldırılmış qiyamdan sonra öldürülüblər.

Bu həbsxanada Qaddafi rejiminə qarşı çıxan fəallar saxlanılırmış.

Hazırda Qaddafinin doğma şəhəri Sirt uğrunda ağır döyüşlər gedir.

NATO komandanlığı şəhərdəki bir sıra obyektlərin bombalandığını xəbər verir.
XS
SM
MD
LG