Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:40

Rusiya rəsmisi Kudrinin hakim komandadan getməyəcəyini deyir


Rusiyanın maliyyə naziri Aleksey Kudrin 2012-ci il prezident seçkisindən sonra da hakim komandada qalacaq.

Bunu Ümumrusiya xalq cəbhəsinin bu bazar günü Moskvada keçirilən formunda baş nazirin birinci müavini İqor Şuvalov deyib.

Bundan əvvəl yayılmış məlumatda prezident Dimitri Medvedevin baş nazir olacağı halda
Kudrinin hökumətdən gedəcəyi, onunla Medvedev arasında fikir ayrılığı olduğu bildirilirdi.

Öz növbəsində prezident aparatı rəhbərinin birinci müavini Vladislav Surkov formda çıxış edərkən bildirib ki, Rusiyanın siyasu sistemində elə bir radikal dəyişiklik olmayacaq.
XS
SM
MD
LG