Keçid linkləri

Təcili xəbərlər
2023, 07 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:17

İsraildən BMT-yə xəbərdarlıq


İsrailin xarici işlər naziri Avigdor Liberman
İsrailin xarici işlər naziri Avigdor Liberman
İsrailin xarici işlər naziri Avigdor Libermann bir daha bildirib ki, əgər BMT-nin təhlükəsizlik şurası Fələstini müstəqil dövlət kimi tanısa, bunun ciddi aqibəti olacaq.

Misir və İspaniyadan olan diplomatlar isə bundan əvvəl Fələstinin təklifini dəstəkləyiblər.

İspaniyanın xarici işlər naziri Trinidad Jimenez 2 dövlət və sülh danışıqlarının İsrail-
Fələstin münaqişəsinin həllində ən yaxşı alternativ olduğunu deyir.

Sentyabrın 26-da BMT-nin Təhlükəsizlik Şurasında BMT-yə tamhüquqlu üzvlüklə bağlı Fələstinin təklifinə baxılacaq.

ABŞ artıq təhlükəsizlik şurasında veto qoymaq hüququndan istifadə edəcəyini deyib.

Yaxın Şərq sülh prosesinə vasitəçilik edən ABŞ, Avropa Birliyi, BMT və Rusiya tərəfləri 1 ay ərzində birbaşa danışıqları bərpa etməyə çağırıblar.
XS
SM
MD
LG