Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 15:20

Qaddafinin doğma şəhəri Sirt uğrunda ağır döyüşlər gedir

Liviyada Muammar Qaddafinin doğma şəhəri Sirt uğrunda ağır döyüşlər gedir.

Reuters agentliyinin məlumatına görə, Liviyadakı müvəqqəti milli şuranın birləşmələri şəhərin girəcəklərini nəzarətə götürsələr də mərkəzə girərkən snayperlərin ciddi müqavimətilə üzləşiblər.

NATO komandanlığı son gün ərzində şəhərdəki bir sıra vacib obyektlərin bombalandığını deyir.

Qaddafinin nümayəndəsi NATO-nu yüzlərlə dinc sakinin ölümündə ittiham edib.
This item is part of
XS
SM
MD
LG