Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:43

İlham Əliyev: “1993-cü ildə ölkəmizdə yeni dövr başlayıb”


“Azərbaycan bölgədə ən güclü dövlətdir. Cənubi Qafqaz iqtisadiyyatının 75 faizi bizim ölkədə formalaşır”.

Bunu prezident İlham Əliyev Qubada Heydər Əliyev Mərkəzi açılışından sonrakı çıxışında deyib.

O, Heydər Əliyev Mərkəzinin açılışı münasibətilə qubalıları təbrik edib:

“Deyə bilərəm ki, ölkəmizdə son illər ərzində tikilən Heydər Əliyev mərkəzlərinin bəlkə də ən yaraşıqlısı, möhtəşəmi və funksional baxımdan ən gözəli Quba mərkəzidir. Bu mərkəz həm şəhərə əlavə yaraşıq verir, eyni zamanda, burada müxtəlif tədbirlərin keçirilməsi üçün bütün şərait vardır. İndi mərkəzlə tanış olarkən gördüm ki, həm konfrans zalı, kinoteatr, dərnəklər, kafe fəaliyyət göstərir. Elə etməliyik ki, mərkəzdə daim iş getsin, Quba sakinləri, Qubanın qonaqları bu mərkəzdən səmərəli şəkildə istifadə etsinlər”.

“1993-CÜ İLDƏN YENİ DÖVR BAŞLAYIB”

Bu il Azərbaycanın müstəqilliyin bərpasının 20-ci ildönümü barədə də danışıb:

“Ölkəmiz 20 il ərzində imkanlarını böyük dərəcədə genişləndirə bilib. 20 il əvvəl - müstəqilliyimizin ilk illərində sual meydana çıxırdı ki, Azərbaycan necə inkişaf edəcək? On ildən, 20 ildən sonra necə ölkə olacaq? Bildiyimiz kimi, müstəqilliyimizin ilk illəri bizim üçün ağır illər kimi yadda qalıb, tarixdə qalıb. Ulu öndərin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra - 1993-cü ildə ölkəmizdə yeni dövr başlayıb. Azərbaycan müstəqil ölkə kimi yaşamağa başladı və qısa müddət ərzində vəziyyət sabitləşdi, iqtisadi tənəzzülə son qoyuldu. İqtisadi inkişaf başladı, ölkəyə investisiyalar gəlməyə başladı. Azərbaycan dünya birliyində özünə layiq yerini tuta bilib”.

BEYNƏLXALQ TƏŞKİLATLAR AZƏRBAYCANI QİYMƏTLƏNDİRİR

Prezidentin dediyinə görə, beynəlxalq təşkilatlar Azərbaycanda gedən prosesləri yaxından izləyir və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycana yüksək reytinq verir:

“Artıq 20 il müstəqil ölkə kimi yaşayan Azərbaycan gələcəyə çox böyük ümidlərlə və nikbinliklə baxır. Çünki bu günə qədər qəbul edilən bütün proqramlar icra edilir. Bir dənə də olsun yubanma, geriləmə yoxdur. Hər bir sahəni əhatə edən konkret proqramlar ölkəmizin hərtərəfli inkişafına xidmət göstərir. Bu proqramlardan regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını xüsusilə qeyd etmək istərdim. 2004-cü ilin fevralında qəbul edilmiş bu Proqram artıq ikinci mərhələsinə qədəm qoyub. Proqramın icrası nəticəsində Azərbaycanın bölgələri böyük dərəcədə inkişaf edib. Bölgələrin inkişafı bizim üçün əsas məsələ kimi 2004-cü ildə qarşıya qoyulmuşdur, bu gün də belədir”. /APA/

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG