Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:27

Azərbaycanla Fransa birgə investisiya fondu yaradır


Azərbaycanla Fransa Bakıda birgə investisiya fondu yaratmaq fikrindədirlər.

APA-nın Azərbaycan Maliyyə Nazirliyinə istinadla verdiyi məlumata görə, bu məsələ
Parisdə keçirilən Fransa-Azərbaycan hökumətlərarası komissiyasının VI iclasında müzakirə olunub.

İclasda həmçinin iki ölkə arasında ticarət əlaqələrinin uzunmüddətli inkişafı, infrastruktur layihələri, mülki aviasiya, hava yolları, dəmiryol, şəhər və yol nəqliyyatı, kosmik və telekommunikasiya texnologiyaları, fövqəladə hallar riskinin azaldılması, maliyyə əməkdaşlığı və digər sahələrdə əlaqələrin genişləndirilməsi müzakirə olunub.
XS
SM
MD
LG