Keçid linkləri

2025, 16 May, Cümə, Bakı vaxtı 08:39

BVF-nun rəhbəri təcili iqtisadi tədbirlər görməyə çağırır


Beynəlxalq Valyuta Fondunun rəhbəri Christian Lagarde qlobal iqtisadi tənəzzüldən çıxmaq üçün dünya liderlərini təcili tədbirlər görməyə çağırıb.

O Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Vaşinqtonda keçirilən illik toplantısında deyib ki, biz bir-birimizə yad deyilik və bizi ümumi gələcək birləşdirir.

Öz növbəsində Böyük Britaniyanın maliyyə naziri Corc Osborn (Georgie Osborne) deyib ki, avro zonasındakı borc böhranını həll etmək üçün çox az vaxt qalır.

Fransalı nazir Fransua Barua ( Francois Baroin) isə ölkəsinin Yunanıstanın xilası və bu yaxınlarda yaradılmış xilas fonduyla bağlı üzərinə götürdüyü öhtəliklərə sadiq qaldığını bildirib.

Ötən həftə boyu dünya bazarlarında vəziyyət gərgin olaraq qalıb, Avropa birjalarında indekslər orta hesabla 4 faiz düşüb.
XS
SM
MD
LG