Keçid linkləri

2017, 26 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:53

Rusiya müxalifəti prezident Medvedevin təklifini tənqid edib


Rusiya müxalifəti prezident Dimitri Medvedevin baş nazir Vladimir Putinin prezidentliyə namizədliyini dəstəkləməsini tənqid edib.

“Xalq Azadlıq Partiyası”nın liderlərindən biri Boris Nemtsov dəyişməz hakimiyyətin Rusiya üçün pis ssenari olduğunu bildirib.

Onun sözlərinə görə bu ölkədən kapital axınına səbəb olacaq.

Partiyanın digər nümayəndəsi Mixail Kasyanov isə deyib ki, Putin yenidən prezident olsa hakimiyyətin çökməsi qaçılmaz olacaq.

Yabloko partiyasının lideri Sergey Mitroxin isə deyib ki, tendemin təkmilləşməylə heç bir əlaqəsi yoxdur.

Həmçinin eyni fikirdə olan Kommunist partiyasının rəhbəri Gennadi Züqanov hesab edir ki, tendemdə yerdəyişmə heç nəyi dəyişməyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG