Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:09

Qaddafinin qızı liviyalıları müqavimətə qoşulmağa çağırıb


Muammar Qaddafinin qızı Aisha atasının tam sağlam və mübarizəni davam etdirmək fikrində olduğunu bildirib.

O Suriya radiosuyla ilə yayılmış audioyazıda Tripoli və ölkə sakinlərini müqavimətə qoşulmağa çağırıb.

Qaddafinin yeri hələlik bəlli deyil.

Hazırda ölkənin əksər hissəsinə müvəqqəti milli şuranın birləşmələri nəzarət edir.

Müvəqqəti şuranın rəhbəri Mahmoud Jibril üsyançıların qiyam vaxtı Tripolidə xaricilərlə amansız davranışıyla bağlı beynəlxalq təşkilatların verdiyi məlumatların araşdırılacağını vəd edib.
XS
SM
MD
LG