Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 02:14

Roma papası müsəlman ruhanilərlə görüşüb


Roma papası 16-cı Benedikt sentyabrın 23-də Berlində müsəlman ruhanilər və alimlərlə görüşüb.

O, İslam və Xristianlığın ortaq dəyərlərə malik olduğunu deyərək hər iki dinə tapınmış insanların əməkdaşlığının gözəl nəticə verə biləcəyini bildirib.

Papa ortaq dəyərlərdən danışarkən nigaha əsaslanan ailə institutu və sosial ədalətin gücləndirilməsini misal çəkib.
XS
SM
MD
LG