Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:23

Xaçmazda Mərkəzi Xəstəxana istifadəyə verilib


Xəstəxananın açılış mərasimində prezident İlham Əliyev də iştirak edib. Səhiyyə Naziri Oqtay Şirəliyev məlumat verib ki, 110 çarpayılıq xəstəxanada rentgen, ultrasəslə müayinə, stomatoloq, otorinolarinqoloq, terapevt və s. kabinetlər müasir tibbi avadanlıqlarla təchiz edilib.

Burada uşaq xəstəlikləri, cərrahiyyə, anesteziologiya və intensiv terapiya şöbələri də fəaliyyət göstərir.

Xaçmaz sakinlərinin sağlamlıq kartlarının hazırlanması prosesinə başlanıldığı bildirilir.
XS
SM
MD
LG