Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 00:27

Bəxtiyar Hacıyev Elçin Namazova dəstək məktubu göndərib

Həbsdə olan gənc fəal Bəxtiyar Hacıyev məhkəmədə onun hüquqlarını müdafiə edən vəkil Elçin Namazova dəstək məktubu yazıb. Hacıyevin həbsdən vəkilinə yazdığı məktubda deyilir:

«Dəfələrlə Elçin Namazovun çıxışları zamanı hakim Emin Axundov cib dəsmalı ilə üzündə və alnındakı təri silirdi. Bu mənzərə mənim xatirəmdə həkk olunub. Vəkillər Kollegiyası sizi məhkəmə zalındakı yerinizdən çıxara bilər, amma hüquqlarını müdafiə etdiyiniz şəxslərin qəlbində xüsusi yeriniz var».

Sentyabrın 16-da Vəkillər Kollegiyasının Rəyasət Heyəti Elçin Namazovun vəkillik fəaliyyətinin dayandırılması ilə bağlı qərar çıxarıb. O, 2 aprel aksiyasına görə həbs olunanların işi ilə bağlı keçirilən iclasda etik qaydaları pozmaqda suçlanır.
This item is part of
XS
SM
MD
LG