Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:51

Dünyanın ən böyük neft bilicisinin yeni kitabı


Daniel Yergin
Daniel Yergin

New York Times kimi nüfuzlu qəzet onun haqda yazır ki, “o bir nəfərdən ibarət beyin mərkəzidir.”
“Onun enerji və geosiyasət məsələlərinə virtual monopoliyası var”.
“O, dünyanın ən nüfuzlu enerji bilicisidir”.

Söhbət Daniel Yergindən gedir.

Yerginin 1991-ci ildə çıxan “Priz: Böyük Neft, Pul və Hakimiyyət Axtarışı” kitabı bestseller olmaqla yanaşı, öz müəllifinə Pulitzer mükafatı qazandırdı.

804 SƏHİFƏLİK YENI KITAB

Yergin yeni kitab yazıb. “Axtarış: Enerji, Təhlükəsizlik və Müasir Dünyanın Yenidən Qurulması”.

New York Times yazır ki, bu 800 səhifəlik kitab əvvəlkindən də yaxşıdır. Bu kitabı biznes liderləri, siyasətçilər, terrorçular, casuslar, triller yazan yazıçılar mütləq oxumalıdırlar.
Çünki biz kompüter əsrində yaşayırıq, ancaq dünyanı yenə çirkli, mənəvi cəhətdən gözdən düşmüş neft idarə edir.

Ensiklopedik yeni kitabında Yergin indiki dünyanı yeni neft dünyası adlandırır.
Yeni neft dünaysı deyəndə SSRİ-nin dağlmasından sonra yaranan yeni müstəqil dövlətlərin neft sərvətləri uğrunda yarışma da misal çəkilir.

NEFTİN QİYMƏTİNİN PİKİ

Yergin neft qiymətinin piki anlayışına isə çox da inanmır və bunu demək olar ki, rədd edir.
Neftin qiymətinin piki anlayışı neftin azalmasına əsaslanır ki, neft nə vaxtsa qurtaracaq, ona görə onun qiymətinin bir yüksək həddi olmalıdır.

Bu, məntiqlidir. Ancaq Yergin hesab edir ki, müasir texnologiyalarla neftə elə tələbat yarana bilər ki, neft çox yüksək qiymətlərə qalxa bilər və heç vaxt əmin olmaq olmaz ki, neft bundan yuxarı qalxmayacaq.

Yerginin proqnozuna görə, 9 ilə Çin ən çox neft işlədən ölkə kimi ABŞ-ı ötüb-keçəcək.

Yerginin qorxuları da var. O qorxur ki, Qərbin İranla birbaşa təması olmadığına görə, “təsadüfi nüvə qarşıdurması” ola bilər.

O həmçinin kiber hücumların çoxalacağından çox narahatdır.

Neftin, qazın vacibliyindən yazan Yergin eyni vaxtda günəş, külək və bio enerjiləri enerji dünyasının “Google”u adlıandırır. İşarə edir ki, dünyanı Google dəyişdirən kimi bu enerjilər də enerji dünyasını dəyişdirəcək.

KİM NEFTİ ŞEYTAN İŞİ HESAB EDİRDİ?

Kitabda neftlə bağlı maraqlı sitatlar da var. Yergin OPEC-in yardıcısı – Venesuela prezidenti Juan Pablo Perez Alfonsonun neft haqda dediyini sitat gətirir. Perez Alfonso nefti “şeytan nəcisi” adlandırırdı.

ABŞ prezidenti Karter isə bütün prezidentliyinin əsas vəzifəsini enerji müstəqiliyinə nail olmaqda görürdü, Ancaq Yergin Karterin bu cəhdlərini Sizif zəhməti, yəni hədər gedən zəhmət adlandırır.

Enerji dünyasına qlobal baxışda Yergin özünü Çörçil tərəfdarı adlandırır. Onun fikrincə, enerjinin bütün növlərinə baxılmalıdır.

Çörçil bunu 1913-cü ildə neft haqqında deyirdi: “Biz heç bir marşrutdan, heç bir yataqdan, heç bir ölkədən asılı olmamalıyıq”.
“Neft işində salamat qalmaq və təhlükəsizlik yalnız və yalnız çoxşaxəliliyə əsaslanır”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG